16 
Yan
2022
12:30
381
29
2908
Virtual karabakh

Qazaxda narkotik satıcısı saxlanılıb - FOTO

16 Yan, 2022
12:30
2908

Qazaxda narkotik satıcısı saxlanılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qazaxda narkotik satıcısı saxlanılıb.

Bu barədə Oxu.Az-a DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Sənan Bayramov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan heroin və marixuana, eləcə də bir ədəd elektron tərəzi aşkarlanaraq götürülüb.

Faktla bağlı Qazax RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri