17 
Yan
2022
12:04
24
225
2127
Virtual karabakh

Xırdalanda artilleriya mərmisi tapıldı - FOTO/VİDEO

17 Yan, 2022
12:04
2127

Xırdalanda artilleriya mərmisi tapıldı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, Quşçuluq massivində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin pirotexniklər qrupu cəlb edilib.

Hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə ərazidəki insanlar təhlükəsiz məsafəyə uzaqlaşdırıldıqdan və kənar şəxslərin əraziyə girişi müvəqqəti məhdudlaşdırıldıqdan sonra pirotexniklər tərəfindən hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı bir ədəd 122 mm-lik “OF-56” artilleriya mərmisi, bir ədəd 82 mm-lik “OF-832” minaatan mərmisi və bir ədəd 122 mm-lik “BK-M” mərmisi olduğu müəyyən edilib.

Mərmilər pirotexniklər tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.

Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkarlanmayıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri