17 
Yan
2022
14:28
231
16
1114
yuxarı
Qaxda evlərdən elektrik naqillərini oğurlayan şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO
17 Yan, 2022
14:28
1114
231
16
Qaxda evlərdən elektrik naqillərini oğurlayan şəxs ƏLƏ KEÇDİ - FOTO/VİDEO
Qax Rayon Polis Şöbəsinə müraciət edən üç nəfər rayon sakini onlara məxsus fərdi yaşayış evlərindən elektrik naqillərinin və dəmir qapıların oğurlandığını bildiriblər.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, cinayət əməlini törədən şəxsin İlisu kənd sakini Nurlan Poladov olduğu müəyyən edilib və o, şübhəli şəxs qismində saxlanılıb.
Saxlanılan şəxs ifadəsində əməlini etiraf edib və oğurladıqlarını satdığını bildirib. Keçirilmiş tədbirlərin davamı olaraq Nurlan Poladovun cinayət yolu ilə ələ keçirdikləri onun satdığı şəxsdən maddi sübut kimi götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək