18 
Yan
2022
13:16
110
34
1955
Virtual karabakh

Cəlilabadın sabiq icra başçısının məhkəməsinin harada olacağı AÇIQLANDI

18 Yan, 2022
13:16
1955

Cəlilabadın sabiq icra başçısının məhkəməsinin harada olacağı AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabad Rayon İcra Hakimiyyətinin hazırda həbsdə olan sabiq başçısı Namiq Zeynalovun cinayət işi üzrə məhkəməsi Bakıda keçiriləcək.

Bu barədə “Report”a Lənkəran Ağır Cinayətlər Məhkəməsindən məlumat verilib.

Bildirilib ki, cinayət işi üzrə məhkəmə iclası Sabunçu Rayon Məhkəməsinin inzibati binasında davam etdiriləcək.

Prosesə Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Xamməd Nuriyev sədrlik edəcək.

Xatırladaq ki, yanvarın əvvəlində N.Zeynalovun cinayət işi üzrə hazırlıq iclası Lənkəran Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında keçirilmişdi.

Qeyd edək ki, N.Zeynalov 2020-ci ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin Cəlilabad Rayon İcra Hakimiyyətində keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.

Ona Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.

N.Zeynalov 5 milyon manatdan artıq vəsaiti mənimsəmədə və rüşvət alma yolu ilə ələ keçirməkdə ittiham olunur.

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri