19 
Yan
2022
09:56
146
13
1426
Virtual karabakh

Zaqatalada narkotik istifadə edən taksi sürücüsü SAXLANILDI - FOTO/VİDEO

19 Yan, 2022
09:56
1426

Zaqatalada narkotik istifadə edən taksi sürücüsü SAXLANILDI - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitənin təsiri altında sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, taksi fəaliyyəti ilə məşğul olan rayonun Aşağı Tala kənd sakini Elman Datayevin idarə etdiyi VAZ-2106 markalı avtomobilin sürücüsü nəzarət-yoxlama qaydasında saxlanılıb.

Sürücü və nəqliyyat vasitəsində olan sərnişin Aydın Ağayevdə sərxoşluq əlamətləri hiss edildiyindən onlar şöbəyə gətirilib.

Hər iki şəxsə təyin edilən ekspertizanın rəyinə əsasən onların marixuana qəbul etdikləri məlum olub.

Digər hərəkət iştirakçılarının sağlamlığı üçün təhlükə yaradan Elman Datayev və sərnişin Aydın Ağayev barəsində qanunvericiliyə uyğun müvafiq tədbir görülüb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri