19 
Yan
2022
10:12
22
359
8959
Virtual karabakh

Bakıda şirkət əməkdaşı qəza törətdi: Üç nəfər öldü - VİDEO

19 Yan, 2022
10:12
8959

Bakıda şirkət əməkdaşı qəza törətdi: Üç nəfər öldü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda şirkət əməkdaşı qəza törədib, üç nəfər ölüb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə yanvarın 18-də paytaxtın Binəqədi rayonu, Binəqədi şosesində qeydə alınıb.

Belə ki, 1995-ci il təvəllüdlü Firudin Əsədovun idarə etdiyi “Səba” ASC-yə məxsus “Hyundai” markalı yük avtomobili 1973-cü il təvəllüdlü Elşən Eyvazovun idarə etdiyi VAZ-2109 markalı avtomobili ilə toqquşub.

Nəticədə E.Eyvazov, onun sərnişinləri - 1987-ci il təvəllüdlü Xanəhməd Eyvazov və 1972-ci il təvəllüdlü Zaur Həsənov hadisə yerində ölüb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri