19 
Yan
2022
11:08
36
206
3436
Virtual karabakh

Bakıda restoranda yas məclisi təşkil edən şəxslər həbs edildi - FOTO/VİDEO

19 Yan, 2022
11:08
3436

Bakıda restoranda yas məclisi təşkil edən şəxslər həbs edildi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, Lökbatan qəsəbəsində yerləşən “Lion Garden” restoranında karantin qaydalarına zidd olaraq yas mərasimi keçirildiyi müəyyən edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, polislər həmin obyektə baxış keçirərkən karantin qaydalarının kobud şəkildə pozulduğunu aşkar ediblər.

Restoranı icarə əsasında işlədən Elməddin Əliyev və yas mərasimini təşkil edən Vasif Yəhyayev saxlanılaraq polis idarəsinə gətirilib. Onlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə hər iki şəxs səkkiz sutka inzibati qaydada həbs edilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri