19 
Yan
2022
18:04
14
215
1542
yuxarı
Oğuzda avtomobillər toqquşdu: Xəsarət alanlar var - FOTO
19 Yan, 2022
18:04
1542
14
215
Oğuzda avtomobillər toqquşdu: Xəsarət alanlar var - FOTO
Oğuz rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Oğuz-Bayan avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “KamAZ”, “Mersedes-Benz” və QAZ-3110 markalı avtomobillərin toqquşması nəticəsində sonuncu avtomobildə olan sürücü və daha iki nəfər xəsarət alıb.
Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək