19 
Yan
2022
17:48
210
234
6405
Virtual karabakh

Bakıdakı uşaq evində valideynlə dalaşan tərbiyəçi işdən azad edildi - VİDEO

19 Yan, 2022
17:48
6405

Bakıdakı uşaq evində valideynlə dalaşan tərbiyəçi işdən azad edildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Xətai rayonundakı 3 saylı uşaq evində tərbiyəçi köməkçisi işləyən 1982-ci il təvəllüdlü Gülcan Nağıyeva Günay adlı valideyn tərəfindən döyülüb.

Hadisəyə səbəb isə tərbiyəçinin valideynin oğlunu vurması olub. Bu barədə isə anaya uşaq evindəki digər övladı, həmin vaxt yan otaqda olan qızı xəbər verib.

Hadisə istirahət günündə baş verib. Hadisə şahidinin sözlərinə görə, valideyni sakitləşdirməyə çalışsalar da, mübahisə yenidən qızışıb.

Uşaq evinin direktoru Məhbubə Hüseynova isə qeyd edib ki, özü də həmin uşaq evində böyüyən tərbiyəçi 10 ilə yaxındır burada çalışıb. Ancaq bu hadisədən sonra onunla bağlı ölçü götürülüb, işdən azad edilib.

Gülcan Nağıyeva həmin uşağa əl qaldırmadığını bildirib:

“Özüm 3 saylı uşaq evində böyümüşəm. Sizcə, mən o uşaqlara əl vuraram? O uşağa əl qaldırmamışam. Tərbiyəsiz sözlər danışdığı üçün başından itələdim”. 

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri