19 
Yan
2022
18:12
43
472
8384
Virtual karabakh

Tağıyevin heykəlinə qənim kəsilənlərin aqibəti necə olacaq? - VİDEO

19 Yan, 2022
18:12
8384

Tağıyevin heykəlinə qənim kəsilənlərin aqibəti necə olacaq? - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsinə açılışdan 24 saat keçməmiş zərər verilməsi sosial şəbəkələrdə söz-söhbətlərə səbəb oldu. Halbuki, bürüncdən hazırlanan abidənin uzun illər davamlılığı elə heykəltaraş tərəfindən də nəzərə alınmışdı. Nə biləydi ki, kimsə düşünmədən, qolunun zoru ilə belə utancverici hərəkətə yol verəcək.

Heykəlin müəllifi Xanlar Əhmədov demişkən, axı abidənin tərkibində gəlir gətirəcək hansısa material yoxdur ki, qırandan sonra aparıb satsınlar. Amma görünür, bu əliuzunluğun arxasında ya gizli məqamlar var, ya da kimlərsə Tağıyevin heykəli ilə bağlı söz-söhbətlərə bir az ürəkbulandırıcı məqamlar qatmaq istədi.

Amma bu planın sonu elə qırılan təsbeh kimi oldu. Artıq heykəli bu hala salanların kimliyi bəllidir.

Bəs bu cür tarix və mədəniyyət abidələrinə qarşı hörmətsizlik edənlərin aqibəti qanunla necə tənzimlənir?

Daha ətraflı Baku TV-nin süjetində:

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri