20 
Yan
2022
15:56
41
347
7685
Virtual karabakh

Oğlu ilə birlikdə oğurluq edən baba nəvələrini də bu işə cəlb edib - FOTO/VİDEO

20 Yan, 2022
15:56
7685

Oğlu ilə birlikdə oğurluq edən baba nəvələrini də bu işə cəlb edib - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Siyəzən rayonunda ata və oğul dəmir yolundan oğurluq ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz Xətt Polis Şöbəsinin əməkdaşları Siyəzən rayonu ərazisindən keçən işlək dəmir yolu xətlərinin müxtəlif konstruksiyalarını oğurlamaqda şübhəli bilinən Siyəzən rayon sakinləri Balaş Məmmədov və onun oğlu Seymur Məmmədovu saxlayıblar.

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslər dəmir yolundan oğurluq edərkən elə iş başında yaxalanıblar. Həmin şəxslərin yaşadıqları evə baxış keçirilən zaman dəmir yoluna aid müxtəlif ehtiyat hissələr aşkar edilib.

Qeyd edək ki, B.Məmmədov iki azyaşlı nəvəsini də bu işə cəlb edib.

Faktla bağlı araşdırmalar aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri