21 
Yan
2022
14:18
199
11
2208
Virtual karabakh

Əllidən çox xırdabuynuzlu heyvan oğurlayan şəxslər ƏLƏ KEÇDİLƏR - FOTO/VİDEO

21 Yan, 2022
14:18
2208

Əllidən çox xırdabuynuzlu heyvan oğurlayan şəxslər ƏLƏ KEÇDİLƏR - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Abşeron rayonu Qobustan kənd sakini olan bir nəfər Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinə müraciət edərək ötən ilin dekabr ayının 30-da evinin həyətindəki tövlədən ona məxsus 23 baş xırdabuynuzlu heyvanın oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, Qobu Polis Bölməsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Ağsu rayon sakini Babək Bəyalıyev, Şamaxı rayon sakinləri Vüsal Şıxalıyev və Ramin Ağamalıyev saxlanılıblar.

Onlar ifadələrində oğurladıqları xırdabuynuzlu heyvanları Ramin Ağamalıyevə məxsus yük avtomobili ilə Bərdə rayonuna apardıqlarını və orada satdıqlarını bildiriblər.

Bu şəxslərin ətrafında Qobu Polis Bölməsində əlavə araşdırma aparılan zaman onların bir müddət əvvəl Kürdəmir və Salyan rayonlarında ümumilikdə 30-dan artıq xırdabuynuzlu heyvan oğurladıqları da müəyyən edilib.

Qeyd edək ki, saxlanılan şəxslərdən ikisi - Vüsal Şıxalıyev və Babək Bəyalıyev əvvəllər də xırda və iribuynuzlu heyvan oğurluğu ilə məşğul olduqları üçün məhkum ediliblər.

Aşkar edilən faktlarla bağlı Qobu Polis Bölməsində toplanan materiallar Abşeron Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib. Saxlanılan şəxslərin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri