21 
Yan
2022
12:32
19
185
3666
Virtual karabakh

Haqsız yerə şöbəyə aparıldığını iddia edən şəxslə bağlı DİN-dən AÇIQLAMA

21 Yan, 2022
12:32
3666

Haqsız yerə şöbəyə aparıldığını iddia edən şəxslə bağlı DİN-dən AÇIQLAMA

Şirvan sakini polis tərəfindən haqsız yerə şöbəyə aparıldığını iddia edir.

Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb. İddiaya görə, şəxs əsassız yerə cərimələnib və təzyiqlərə məruz qalıb. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanladıq.

Oxu.Az-ın sorğusuna cavab olaraq, DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru polis baş leytenantı Nizam Həmidov məsələdən məlumatlı olduqlarını bildirib.

Belə ki, məlumata görə Röyal Qasımovun Şirvan Şəhər Polis Şöbəsinin (ŞPŞ) əməkdaşları barəsində irəli sürdüyü iddialar böhtan xarakterlidir və həqiqətləri əks etdirmir:

“Bildirmək istəyirəm ki, Şirvan şəhəri Hacıqəhrəmanlı qəsəbə sakini R.Qasımov 2021-ci ilin sentyabr ayının 26-da tanışı X.İsmayılov ilə birlikdə Kür çayının qəsəbə yaxınlığından keçən hissəsindən vətəndaş E.Zeynalova məxsus su motorunu oğurlayıb. Bununla da zərərçəkmişə 900 manat məbləğində maddi ziyan vurublar. 

Həmin oğurluq faktı ilə əlaqədar hər iki şəxs barəsində Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə cinayət işi açılmış, 4 oktyabr 2021-ci il tarixində təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barələrində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. 29 dekabr 2021-ci tarixində isə cinayət işi tərtib olunmuş ittiham aktı ilə birlikdə Şirvan Şəhər Məhkəməsinə göndərilib.

Cari ilin yanvar ayının 8-də isə şəhərin Hacıqəhrəmanlı qəsəbəsi ərazisində yerləşən evlərin birində oğurluq hadisəsi baş verib. 

Həmin hadisə ilə bağlı şöbə əməkdaşları R.Qasımovu izahat almaq məqsədilə Şirvan ŞPŞ-nə dəvət etsələr də, o, polisin qanuni tələbinə tabe olmayıb, səs-küy salaraq ətrafdakıların diqqətini özünə çəkməyə çalışıb. Şöbə əməkdaşları tərəfindən R.Qasımov şöbəyə gətirilib və barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib olunaraq şəhər məhkəməsinə göndərilib. 

Məhkəmənin qərarı ilə o, 120 manat məbləğində cərimə olunub.

Bundan narazı qalan vətəndaş R.Qasımov polis əməkdaşlarının onun evinə daxil olmaları, ona fiziki zor tətbiq etmələri, polis şöbəsində döyülməsi və sənədləri zorla imzalamasıyla bağlı iddialarla Şirvan Şəhər Prokurorluğuna rəsmi müraciət edib, lakin irəli sürdüyü iddialar öz təsdiqini tapmadığından şəhər prokurorluğunda cinayət işinin başlanması rədd edilib”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri