21 
Yan
2022
16:58
359
61
13899
Virtual karabakh

Tağıyevin heykəlinə zərər verənlərlə bağlı QƏRAR

21 Yan, 2022
16:58
13899

Tağıyevin heykəlinə zərər verənlərlə bağlı QƏRAR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hacı Zeynalabdin Tağıyevin heykəlinə zərər vurmaqda təqsirləndirilən Vüqar Tağızadə və Allahverdi Məmmədli ilə bağlı qərar çıxarılıb.

Oxu.Az-ın məlumata görə, hər iki şəxsin barəsində polisin nəzarəti altına verilmə qətimkan tədbiri seçilib və onlar sərbəst buraxılıb.

Qeyd edək ki, bir neçə gün öncə sosial şəbəkələrdə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin paytaxtın Səbail rayonu ərazisində ucaldılan heykəlinə zərər vurulmasını əks etdirən görüntülər yayılmışdı. Qısa müddətdə heykəlin qoparılan elementi (təsbeh) heykəltəraşın iştirakı ilə bərpa edilib.

Xatırladaq ki, Səbail Rayon Polis İdarəsi əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində əməli törətməkdə şübhəli bilinən şəxslər - 1991-ci il təvəllüdlü V.Tağızadə, 1996-cı il təvəllüdlü A.Məmmədli ilə müəyyən olunaraq saxlanılmışdı. Onlar barəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 246-cı (Tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama) maddələri ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri