22 
Yan
2022
15:30
14
107
1268
Virtual karabakh

Ötən il Bakıda qeydə alınan cinayətlərin sayı AÇIQLANDI

22 Yan, 2022
15:30
1268

Ötən il Bakıda qeydə alınan cinayətlərin sayı AÇIQLANDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Yanvar ayının 21-də Bakı şəhər prokurorluğu orqanları tərəfindən 2021-ci il ərzində vətəndaşların hüquq və azadlıqlarının müdafiəsi, qanunçuluğun möhkəmləndirilməsi, cinayətkarlığa qarşı mübarizə sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş videokonfrans formatında əməliyyat müşavirəsi keçirilib.

Bu barədə Bakı Şəhər Prokurorluğu məlumat yayıb.

Bildirilib ki, cinayətkarlığa qarşı mübarizənin vəziyyətinin təhlili göstərir ki, 2021-ci il ərzində Bakı şəhərinin daxili işlər orqanları və prokurorluq orqanları üzrə cəmi 12 761 törədilmiş cinayət hadisəsi qeydiyyata alınıb. Ötən illə müqayisədə 2 252 hadisə, yəni 21,4 % artım müşahidə edilib.

2021-ci il ərzində Bakı şəhərinin daxili işlər orqanları və prokurorluq orqanları üzrə böyük ictimai təhlükə törətməyən, az ağır, ağır və xüsusilə ağır cinayətlərin sayının artması müşahidə olunur. Belə ki, 2021-ci il ərzində böyük ictimai təhlükə törətməyən cinayətlərin sayı 110 hadisə, yaxud 4,1 % artaraq 2 792 hadisə olmuş, az ağır cinayətlərin sayı 1 230 hadisə, yaxud 19,3 % artaraq 7 608 hadisə olmuş, ağır və xüsusilə ağır cinayətlərin sayı isə 912 hadisə, yaxud 62,9 % artaraq 2 361 hadisə olub.

2021-ci il ərzində Bakı şəhərinin daxili işlər orqanları və prokurorluq orqanları üzrə cinayətlərin açılma göstəricisi 86,3 % olub ki, bu ötən illə müqayisədə 5,4 % artıb.

Bakı şəhəri ərazisində qeydə alınmış 50 qəsdən adam öldürmə cinayətlərinin hamısının açılması təmin edilib. Qəsdən adam öldürmə cinayətlərinin sayı 2020-ci illə müqayisədə 3 fakt artmış, qəsdən adam öldürməyə cəhd cinayətlərinin sayı isə 5 fakt azalaraq 18 olub.

Narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərlə bağlı 2021-ci il ərzində 1 841 fakt (2,1 dəfə), satışla bağlı isə 750 fakt (2,1 dəfə) artım qeydə alınmışdır ki, artım faizlərinin bu qədər yüksək dinamika ilə inkişafı çox narahatedici göstəricidir.

Bildirib ki, ötən illə müqayisədə 2021-ci il ərzində 37 hadisə artaraq 197 ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu qəbildən olan cinayət işlərindən 100-ü məhkəməyə göndərilib, hadisəni törədən şəxsin ölməsi səbəbindən 50 iş üzrə icraata xitam verilib.

Hesabat dövründə prokurorluq orqanlarında istintaq edilmiş cinayət işləri üzrə fiziki və hüquqi şəxslərə vurulmuş 4 275 458 manat maddi ziyandan 756 684 manatı, polis orqanlarında aparılan işlər üzrə isə vurulmuş 33 510 697 manat məbləğində maddi ziyanın 21 069 713 manatı ödənilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri