22 
Yan
2022
18:12
92
197
4889
Virtual karabakh

Qaydaları heçə sayan şadlıq sarayının sahibi həbs olundu - FOTO

22 Yan, 2022
18:12
4889

Qaydaları heçə sayan şadlıq sarayının sahibi həbs olundu - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabad Rayon Polis Şöbəsinin Göytəpə polis bölməsinin əməkdaşları tərəfindən karantin qaydalarını pozan şadlıq sarayının sahibi həbs olunub.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Göytəpə şəhəri ərazisində yerləşən “Yaşar” şadlıq sarayında təşkil edilən şənlik mərasimində karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Aşkarlanaraq hallarla bağlı həmin şadlıq sarayının sahibi İltizam Həsənov barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarı ilə həmin şəxs 10 gün müddətinə inzibati qaydada həbs edilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri