23 
Yan
2022
11:06
128
63
1592
Virtual karabakh

Masallıda qanunsuz ov edən şəxs saxlanılıb

23 Yan, 2022
11:06
1592

Masallıda qanunsuz ov edən şəxs saxlanılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində ov üçün təyin edilməyən yerdə qanunsuz ov edən Masallı rayon sakini S.Tahirov saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Oxu.Az-a verilən məlumata görə, ondan bir ədəd müvafiq sənədləri olmayan “İJ” markalı ov tüfəngi və qanunsuz olaraq ovladığı çöl dovşanı aşkarlanıb.

Faktla bağlı həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) və 590.2-ci (Mülki silahın və ya döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulması) maddələri ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri