24 
Yan
2022
10:14
62
25
695
Virtual karabakh

Baş Prokurorluq qəsdən adam öldürmə ilə bağlı neçə cinayətin üstünü açıb?

24 Yan, 2022
10:14
695

Baş Prokurorluq qəsdən adam öldürmə ilə bağlı neçə cinayətin üstünü açıb?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Birbaşa istintaqını prokurorluq orqanlarının apardığı qəsdən adam öldürmə cinayətləri üzrə 2021-ci il üzrə 156 cinayət hadisəsi baş verib ki, onlardan 155-nin üstü açılıb”.

Oxu.Az xəbər verir ki, bu sözləri Baş Prokurorluqda 2021-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş Kollegiya iclasında çıxışı zamanı baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, Abşeronda qeydə alınan yalnız bir cinayətin üstü açılmamış qalıb.

K.Əliyev qeyd edib ki, 2020-ci ildə qəsdən adam öldürmə ilə bağlı törədilən cinayətlərin sayı 159 olub:

“Onlardan 154 cinayət hadisəsinin üstü açılıb, beş cinayət işinin üstü isə açılmamış olaraq qalıb. Səhv etmirəmsə, sözügedən hadisələr İsmayıllı, Ağstafa, Masallı rayonlarında və paytaxtın Suraxanı, Qaradağ rayonlarında olan cinayət işləridir. Biz bu məsələlərə müzakirələr zamanı da toxunacağıq”.

“Daxili İşlər Nazirliyinin rəqəmləri ilə Baş Prokurorluq tərəfindən qeydə alınan rəqəmlər arasında bir qədər fərq var. Fərq isə onunla bağlıdır ki, işğaldan azad edilən ərazilərdə minalara düşərək həlak olan şəxslər də bu kateqoriya üzrə qeydə alınmışdır”, - deyə baş prokuror qeyd edib.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri