24 
Yan
2022
12:14
182
24
3266
Virtual karabakh

Çayxananı qumarxanaya çevirənlər saxlanılıb

24 Yan, 2022
12:14
3266

Çayxananı qumarxanaya çevirənlər saxlanılıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şabranda qumar oynayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 23-də rayon ərazisində olan çayxanalardan birində qumar oynayan rayon sakinləri Ruslan Ələkbərov, Elman Hacıyev, Namiq Qarayev, İntiqam Qarazadə, Coşqun Talıbov  və Elvin Əliyev saxlanılıblar.

Polis şöbəsində üzərilərinə baxış keçirilərkən C.Talıbovun üzərindən narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri