25 
Yan
2022
09:56
97
18
1781
Virtual karabakh

Üzərində “revolver” gəzdirən şəxsin evindən narkotik maddə aşkarlandı - FOTO/VİDEO

25 Yan, 2022
09:56
1781

Üzərində “revolver” gəzdirən şəxsin evindən narkotik maddə aşkarlandı - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq odlu silah əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Ziya Həsənov saxlanılaraq polis şöbəsinə gətirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, şöbədə şübhəli şəxsin üzərindən bir ədəd atəşə yararlı “revolver” tipli tapança və 14 ədəd 7.62 millimetrlik patron aşkar edilərək götürülüb.

Bundan başqa saxlanılan şəxsin ətrafında aparılan istintaq-əməliyyat tədbirləri nəticəsində yaşadığı evin zirzəmisindən 440 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar olunub.

Qeyd edək ki, Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşları 2022-ci ilin yanvar ayının müvafiq dövrü ərzində 25 ədəd odlu silah aşkar edilərək götürülüb.

Əlavə olaraq üzərindən narkotik vasitə olan metamfetamin aşkar edilən Cəmil Abbasovun rayon ərazisində üç oğurluq hadisəsi törətməsi də müəyyən edilib.

Rayon sakininə məxsus avtomobildən 320 manat dəyərində oğurluq edən şübhəli şəxs daha sonra metal qəbulu məntəqələrindən oğurladığı ümumi dəyəri 600 manat olan əlvan metalı elə həmin məntəqələrə satıb.

Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri