25 
Yan
2022
10:04
84
39
1129
Virtual karabakh

Balakəndə qanunsuz ov edən qonşular saxlanılıb - FOTO

25 Yan, 2022
10:04
1129

Balakəndə qanunsuz ov edən qonşular saxlanılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı  gecə saatlarında Qullar kəndi ərazisində  qanunsuz ov edən iki nəfər saxlanılıb.

Bu barədə Oxu.Az-a DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib. 

Məlumata görə, müvafiq araşdırma aparılması üçün şöbəyə gətirilən həmin şəxslərin Qullar kənd sakinləri-Əhmədullah İsmayılov və qonşusu Ceyhun Rəhimov olduğu müəyyən edilib.

Onlardan tüfəng, digər ov alətləri və üzərilərində daşıdıqları çantadan ovladıqları çöl quşları aşkarlanaraq götürülüb. Hər iki şəxs barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri