25 
Yan
2022
15:20
345
9
2127
Virtual karabakh

Bakıda narkotik vasitə istifadə edib taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb - FOTO/VİDEO

25 Yan, 2022
15:20
2127

Bakıda narkotik vasitə istifadə edib taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suraxanı Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri növbəti tədbir zamanı narkotik vasitələrin təsiri altında taksi fəaliyyəti ilə məşğul olan sürücü müəyyən edilib. 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Ramana qəsəbəsində yaşayan Səbuhi Quliyev idarə etdiyi VAZ-2107 markalı avtomobilin sükanı arxasında olan zaman nəzarət-yoxlama qaydasında saxlanılıb. İlkin sorğu zamanı sürücü avtomobili narkotik vasitə qəbul edərək idarə etdiyini etiraf edib. Təyin olunan ekspertizanın  nəticəsində Səbuhi Quliyevin sükan arxasında narkotik vasitənin təsiri altında olduğu məlum olub.

Araşdırma zamanı həmçinin həmin şəxsin nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə etdiyi müəyyən edilib. Sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Səbuhi Quliyevin törətdiyi qanun pozuntusuna hüquqi qiymət verilməsi üçün toplanmış material məhkəməyə göndərilib. 

Qeyd edək ki, narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücülərin müəyyən edilməsi istiqamətdə polis əməkdaşları tərəfindən tədbirlər bütün ölkə ərazisində davam etdirilir.

 

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri