26 
Yan
2022
11:06
138
21
1919
Virtual karabakh

Balakəndə seyfi “laqonda” ilə açmaq istəyən oğru ələ keçdi - FOTO/VİDEO

26 Yan, 2022
11:06
1919

Balakəndə seyfi “laqonda” ilə açmaq istəyən oğru ələ keçdi - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Balacans Agro Food” MMC-nin ofisindəki seyfi yarmaq istəyən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən rayonun Sarıbulaq kənd sakini Ramazan Abdullayev saxlanılıb.

Müəyyən edilib ki, R.Abdullayev gecə saat iki radələrində zavoda hasardan dırmaşaraq daxil olub və ilk öncə təmir-tikinti alətlərinin saxlanıldığı yerə gəlib.

Seyfi yarmaq üçün özünə lazım olan alətləri (arasında “laqonda” deyilən dəmirkəsici alət də vardı) götürdükdən sonra pəncərədən ofisin içərisinə daxil olub. Bir neçə dəfə seyfi sındırmağa cəhd göstərsə də, niyyətini həyata keçirə bilməyib. Məqsədinə çatmadıqda isə qaçaraq oradan uzaqlaşıb və yaşadığı ünvana geri qayıdıb.

R.Abdullayev ifadəsində ötən ilin avqust-noyabr aylarında həmin MMC-də işlədiyi üçün oranı yaxşı tanıdığını və seyfin yerini əvvəlcədən bildiyini qeyd edib.

Faktla bağlı Balakən Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri