26 
Yan
2022
13:56
338
23
6377
Virtual karabakh

Polisdən ƏMƏLİYYAT: Narkotik satan ata və qızı tutuldu

26 Yan, 2022
13:56
6377

Polisdən ƏMƏLİYYAT: Narkotik satan ata və qızı tutuldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xaçmaz Rayon Polis Şöbəsinin Xudat Polis Bölməsinin əməkdaşları  tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəbəkə aşkarlanıb. Keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Xudat şəhər sakinləri Marat Mirzəyev, Samir Mirzəyev, Reyhan Mirzəyeva, Murad Qazıyev və Asif Abdullayev saxlanılıblar. Saxlanılan zaman onların üzərindən hazır bükümlərdə psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. 

Daha sonra isə əməliyyatçılar həmin şəxslərin yaşadıqları mənzillərə baxış keçiriblər. Evə baxış zamanı oradan əlavə olaraq metamfetamin və heroin aşkar olunaraq götürülüb. 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, saxlanılan R.Mirzəyeva M.Mirzəyevin qızıdır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri