26 
Yan
2022
16:16
39
197
4135
Virtual karabakh

Kirayə çadır xidməti göstərən şəxs həbs edildi

26 Yan, 2022
16:16
4135

Kirayə çadır xidməti göstərən şəxs həbs edildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bərdə rayonunda polis tərəfindən fərdi yaşayış evinin həyətində xüsusi karantin rejim qaydalarına zidd olaraq yas mərasiminin təşkili və keçirilməsinin qarşısı alınıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, rayonun Xəsilli kəndində mərasimi təşkil edən Xudayar Allahverdiyevin əməlində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasının tərkib əlamətləri olduğuna görə Bərdə RPŞ-də Cinayət Məcəlləsinin 139-1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb.

Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Bununla yanaşı, yas mərasimində çadır xidməti göstərən Eltaş Şəmsəddinli İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə müvafiq olaraq məhkəmənin qərarı ilə 8 sutka, dini ayinləri icra edən Ramiz Allahverdiyev və digər 10 iştirakçı barəsində müvafiq olaraq 200 manat miqdarında inzibati tənbeh tədbiri tətbiq olunub.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri