27 
Yan
2022
17:16
42
122
1280
Virtual karabakh

Xəzərdə brakonyerlik edən şəxslərə cinayət işi açıldı

27 Yan, 2022
17:16
1280

Xəzərdə brakonyerlik edən şəxslərə cinayət işi açıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xəzər dənizində qanunsuz balıq ovunun edilməsi ilə bağlı daxil olmuş müraciət əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində araşdırma aparılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının Xəzər dənizində qanunsuz ovunu etmiş şəxslərin idarə etdikləri üzmə vasitəsində nərə balıqları aşkar olunduğuna görə yeddi nəfər şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün aidiyyəti səlahiyyətli quruma göndərilib.

Eyni zamanda Xəzər dənizində qanunsuz balıq ovu etmiş şəxslərə məxsus özüyeriyən motorlu üzmə vasitələrində dəyəri 1 760 və 6 820 manat təşkil edən nərə balıqlarının aşkar edilməsi faktına görə iki cinayət işi başlanılaraq aidiyyəti üzrə daxili işlər orqanlarının istintaq qurumlarına göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri