27 
Yan
2022
17:36
213
80
6199
Virtual karabakh

Bakıda hoteldə qadın müğənnini öldürmək istəyən şəxsə hökm oxundu

27 Yan, 2022
17:36
6199

Bakıda hoteldə qadın müğənnini öldürmək istəyən şəxsə hökm oxundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda hoteldə müğənnini öldürməyə cəhddə təqsirləndirilən Əli Məmmədova hökm oxunub və o, 10 il müddətinə azadlıqdan məhrum edilib.

“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Xatırladaq ki, hadisə 2021-ci il iyulun 16-da paytaxtın Nizami rayonunda qeydə alınıb.

Belə ki, Ə.Məmmədov tanışı Aygün Mirzəyevaya şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı hotellərin birində çoxsaylı bıçaq xəsarətləri yetirib.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

Ə.Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Qeyd edək ki, A.Mirzəyeva toy şənliklərində müğənni kimi fəaliyyət göstərib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri