28 
Yan
2022
15:44
47
96
1676
Virtual karabakh

Söyüş söydüyü üçün ona irad bildirəni öldürən şəxs hakim qarşısına çıxarılır

28 Yan, 2022
15:44
1676

Söyüş söydüyü üçün ona irad bildirəni öldürən şəxs hakim qarşısına çıxarılır

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

2021-ci ilin oktyabrın 16-da Füzuli rayonu, Horadiz şəhəri ərazisində 1991-ci il təvəllüdlü Şükür Əhmədovun öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Bununla bağlı Füzuli Rayon Prokurorluğu məlumat yayıb.

İstintaqla müəyyən edilib ki, Füzuli rayon sakini 1981-ci il təvəllüdlü Zamin Mehdiyev qeyd edilən tarixdə Horadiz şəhərində yerləşən marketin qarşısındakı insanların ünvanına yüksək səslə nalayiq ifadələr işlətməsinə görə ona öz iradını bildirən Şükür Əhmədova heç bir əsaslı səbəb olmadan bıçaqla xəsarət yetirərək qəsdən öldürüb.

İş üzrə toplanmış sübutlar əsasında Zamin Mehdiyevə Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə yekun ittiham elan edilib və cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri