29 
Yan
2022
11:41
136
412
13950
Virtual karabakh

Paytaxtda ərəb turistlər arasında dava - YENİLƏNİB + FOTO/VİDEO

29 Yan, 2022
11:41
13950

Paytaxtda ərəb turistlər arasında dava - YENİLƏNİB + FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın Nizami rayonunda guya gecə klubunda ərəb turistlərlə ölkə vətəndaşları arasında kütləvi davanın baş verməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda deyilir:

“Hadisə ilə bağlı qeyd edək ki, insident ölkəmizə turist kimi gələn dörd nəfər Səudiyyə Ərəbistanı vətəndaşı arasında baş verib. Onlar arasında mübahisə isə gecə klubunda yox, obyektdən kənarda baş verib. Mübahisə zamanı həmin şəxslər bir-birilərinə fiziki zor tətbiq etməyiblər. Hadisə zamanı xidmətdə olan Nizami RPİ-nin əməkdaşları onları ərazi üzrə 25-ci Polis Şöbəsinə dəvət ediblər. Şöbədə tərcüməçinin iştirakı ilə onların izahatları alınıb və turistlər bir-birilərindən şikayət etmədiklərini bildiriblər. İzahatları alınandan sonra isə həmin şəxslər sərbəst buraxılıblar”.

10:32

Bakının Nizami rayonunda kütləvi dava düşüb.

Trend.az-ın məlumatına görə, dava dünən gecə saat 12 radələrində “Neftçilər” metrostansiyası yaxınlığında yerləşən “X-Life” gecə klubunun yaxınlığında baş verib.

Ərazidə yaşayan sakinlərin dediklərinə görə, əraziyə polis əməkdaşları cəlb olunub, bir neçə nəfər saxlanılıb.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Oxu.Az (@oxuaz)

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri