29 
Yan
2022
13:52
15
156
1424
Virtual karabakh

Samuxda fermada çoban həmkarını bıçaqlayıb

29 Yan, 2022
13:52
1424

Samuxda fermada çoban həmkarını bıçaqlayıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Samux rayonunda fermada çoban həmkarını bıçaqlayıb.

“Report”un əldə etdiyi məlumata görə, hadisə yanvarın 28-i saat 19:00 radələrində rayonun Qarabağlar kəndində yerləşən fermada qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini, 1991-ci il təvəllüdlü Elnur Əkbərov çoban kimi işlədiyi fermada onunla birlikdə çalışan, 1987-ci il təvəllüdlü Elçin Süleymanova aralarında yaranan mübahisə zəminində qarın nahiyəsindən bıçaq zərbəsi vurub.

Daha sonra yaralı xəstəxanaya yerləşdirilib. 

Onun vəziyyəti orta-ağır qiymətləndirilir.

Faktla bağlı Samux Rayon Polis Şöbəsində araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri