Fev
2022
11:17
28
209
8936
Virtual karabakh

Polislər gələnədək meyitlərin yanında gözləyib - Dəhşətli qətlin DETALLARI + YENİLƏNİB

7 Fev, 2022
11:17
8936

Polislər gələnədək meyitlərin yanında gözləyib - Dəhşətli qətlin DETALLARI + YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Goranboy rayonunda bacı və qardaşın qətli ilə bağlı bəzi məqamlar məlum olub.

“Qafqazinfo” xəbər verir ki, rayonun Qarasüleymanlı kəndində yerləşən torpaq sahəsinə görə kəndlilər arasındakı münaqişə yekunda qətllə nəticələnib. Cinayət hadisəsi də elə həmin torpaq sahəsində baş verib.

Kənd sakini, 1965-ci il təvəllüdlü İlham Haqverdiyev həmkəndliləri 52 yaşlı Pərviz Namazov və onun bacısı, 62 yaşlı Səlmini bıçaqlayaraq öldürüb.

Onların öldüyünə əmin olduqdan sonra DİN-in 102 xidmətinə zəng edərək qətl törətdiyi barədə məlumat verib. İ.Haqverdiyev polislər gələnədək bir müddət meyitlərin yanında oturaraq gözləyib.

İlkin dindirmə zamanı İ. Haqverdiyev deyib ki, həmin torpaq sahəsi uzun müddət onların arasında mübahisəli olub. Bir müddət öncə məhkəmə qərarı ilə torpaq İlhama verilib. Bu gün İ.Haqverdiyev torpaq sahəsinə gəldikdə bacı-qardaşın orda olduğunu görüb və aralarında yaranan mübahisə zamanı maşınında olan bıçaqla onların hər ikisini vurub.

İlham Haqverdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub. Faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

09:56

Fevralın 6-sı saat 17:00 radələrində Goranboy rayonu, Qarasüleymanlı kəndi ərazisində kənd sakinləri 1970-ci il təvəllüdlü Pərviz Namazov və bacısı 1960-cı il təvəllüdlü Səlmi Namazovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Goranboy Rayon Prokurorluğunda aparılan ilkin araşdırmalarla zərərçəkmişlərin həmkəndlisi, 1965-ci il təvəllüdlü İlham Haqverdiyevin torpaq mübahisəsi ilə əlaqədar aralarında yaranmış münaqişə zamanı Pərviz Namazov və Səlmi Namazovaya bıçaqla xəsarətlər yetirərək onları qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib. 

Faktla bağlı Goranboy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.7-ci (iki və ya daha çox şəxsi qəsdən öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İlham Haqverdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam edir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri