Mar
2022
12:24
135
8
3503
Virtual karabakh

Azərbaycanda iki şirkətin vəzifəli şəxslərinə cinayət işi açıldı

2 Mar, 2022
12:24
3503

Azərbaycanda iki şirkətin vəzifəli şəxslərinə cinayət işi açıldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikasının Baş Prokurorluğuna əmək hüquqlarının pozulmasına dair vətəndaş ərizələri və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətindən daxil olmuş məlumatlar üzrə araşdırmalar aparılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılmış araşdırma nəticəsində paytaxtın Yasamal və Quba rayonlarında müvafiq olaraq fəaliyyət göstərən “SRS Group” və “D.Fruits Kəndli Təsərrüfatı” MMC-nin vəzifəli şəxsləri tərəfindən qida məhsullarının hazırlanması və meyvə yığımı sahələrində çox sayda şəxslərin əmək hüquqlarının ciddi şəkildə pozulması halları müəyyən olunub.

Fakta görə Cinayət Məcəlləsinin 162-1.1 (əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən 10 nəfərdən artıq şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə cinayət işləri başlanılaraq ibtidai istintaqı aparılması üçün Bakı şəhəri Yasamal rayon və Quba rayon prokurorluqlarına göndərilib.

Eyni zamanda, aşkar edilən inzibati xətalara görə icraatlar başlanılaraq baxılması üçün aidiyyəti rayon məhkəmələrinə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri