22 
Apr
2022
22:57
42
387
4980
Virtual karabakh

Arvadını parkda güllələyən Elvin: “Barışmağa razı sala bilmədiyim üçün öldürdüm” - FOTO

22 Apr, 2022
22:57
4980

Arvadını parkda güllələyən Elvin: “Barışmağa razı sala bilmədiyim üçün öldürdüm” - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə azərbaycanlı kişi boşanmaq üzrə olduğu arvadını başından güllələyərək öldürüb.

Bu barədə məlumat Türkiyə mətbuatında yayılıb.

Elvin Umayev həyat yoldaşı 38 yaşlı Turanə Umayevanı öldürdükdən sonra polisə təslim olub. Onun polis idarəsində verdiyi ifadə yayılıb.

O bildirib ki, həyat yoldaşı onunla barışmadığı üçün onu öldürüb.

“Həyat yoldaşım boşanmaq üçün məhkəməyə müraciət etmişdi. Uşaqlarımızı da mənə göstərmirdi. Onunla görüşüb danışmaq istəyirdim. Parkda görüşəndə barışmaq istəyimi bildirdim. O isə mənə mənfi cavab verdi. Onu barışmağa razı sala bilmədiyim üçün öldürdüm”, - E.Umayev ifadəsində bildirib.

Qeyd edək ki, E.Umayev 10 il əvvəl Azərbaycanda həbsxanaya düşüb, 4 ay öncə isə azadlığa çıxıb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri