May
2022
18:00
15
654
7145
Virtual karabakh

Qayınatası tərəfindən üzünə “kislota” töküldüyü deyilən qadın öldü - VİDEO

6 May, 2022
18:00
7145

Qayınatası tərəfindən üzünə “kislota” töküldüyü deyilən qadın öldü - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda qayınatası tərəfindən üzünə “yandırıcı məhlul” tökülərək ağır xəsarətlər yetirildiyi deyilən qadın ölüb.

Telnaz adlı qadın yaşadığı Salyan rayonunun Xələc kəndində dəfn edilib. Bununla bağlı məlumat ARB telekanalında yayımlanan “Elgizlə izlə” verilişində verilib. 

Telnazın vəfatından sonra atası Məhəmməd onun əri və qohumlarının gəlib başsağlığı vermədiyini bildirib.

Mərhumun anası isə Telnazın son nəfəsində ailəsi ilə bağlı danışdığını deyib: “Dedi ay ana, apar məni, evdə ölüm. Sonra dedi ki, ay Qalib, mənim axırıma çıxdın...”.

Xatırladaq ki, Telnaz bir neçə gün əvvəl sözügedən verilişə xərəkdə çıxarılmışdı. Valideynləri onun üzərinə qayınatası tərəfindən “kislota” tökülərək yandırıldığını və müalicə edilmədiyini iddia edirdilər. Onların sözlərinə görə, hadisədən sonra həyat yoldaşı Telnazı ataraq digər qadınla ailə həyatı da qurub.

Amma digər iddialara əsasən, Telnaz dəri xəstəliyindən əziyyət çəkib, sadəcə 5 ay evdə saxlanılıb və müalicə olunmadığı üçün vəziyyəti ağırlaşıb.

Xatırladaq ki, məlumat ictimailəşdiyi gün Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən saytımıza bildirilmişdi ki, məsələ nəzarətə götürülüb və araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri