10 
May
2022
16:00
149
18
2529
Virtual karabakh

Polisə yalan danışan taksi sürücüsü ifşa olundu

10 May, 2022
16:00
2529

Polisə yalan danışan taksi sürücüsü ifşa olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dəfələrlə dövlət qurumlarına, eləcə də polisə bilərəkdən yalan məlumat vermənin hüquqi məsuliyyət yaratdığı barədə xəbərdarlıqlar edilsə də, təəssüf ki, bu kimi neqativ hallara hələ də rast gəlinməkdədir. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, rayon sakini E.Fərəcov polisə müraciət edərək idarə etdiyi “Mercedes-Benz Vito” markalı avtomobilə sərnişin qismində əyləşən tanımadığı üç nəfər tərəfindən 500 manat pulunun oğurlandığını bildirib. Məlumatla əlaqədar dərhal müvafiq araşdırmalara başlanılıb. 

Polis əməkdaşları tərəfindən keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində həmin şəxsin polisə bilərəkdən yalan məlumat verdiyi və oğurluq hadisəsinin baş vermədiyi müəyyən edilib.

Araşdırmalarla məlum olub ki, həmin sərnişinlər yol haqqını ödəmədiyi üçün E.Fərəcov onların guya avtomobildən oğurluq etməsi ilə bağlı polisə bilərəkdən yalan məlumat verib. 

Hazırda faktla bağlı Lənkəran ŞRPŞ-də araşdırmalar aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri