18 
May
2022
16:42
9
210
3614
Virtual karabakh

Lənkəranda taksiyə müştəri qismində əyləşib evinə sürdürdü: Öldürüb, həyətində basdırdı - TƏFƏRRÜAT

18 May, 2022
16:42
3614

Lənkəranda taksiyə müştəri qismində əyləşib evinə sürdürdü: Öldürüb, həyətində basdırdı - TƏFƏRRÜAT

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Lənkəranda qətl törətməkdə təqsirləndirilən Elvin Hüseynzadəyə hökm oxunub və o, 19 il müddətinə azadlıqdan məhrum edilib.

Bu barədə “Report”a zərərçəkmişin hüquqi varisinin vəkili Kamran Kazımov məlumat verib.

Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Müşfiq Məmmədovun sədrliyi ilə keçirilən prosesdə elan olunub ki, təqsirləndirilən şəxs hadisəni törətdiyi zaman narkotik vasitənin təsiri altında olduğu üçün ona narkoloji müalicə təyin edilib.

Vəkil bildirib ki, Lənkəran şəhər sakini, taksi fəaliyyəti ilə məşğul olmuş dayısı İlham Cavadov 2021-ci ilin iyul ayının 24-də itkin düşmüşdü:

“Polisin axtarışlarından sonra, iyulun 27-də məlum oldu ki, o, Lənkəranda yaşayan Elvin Hüseynzadə adlı şəxs tərəfindən qətlə yetirilib, daha sonra isə təqsirləndirilən şəxs dayımı öz yaşadığı həyətdə basdırıb.

Bundan sonra bir sıra KİV-lərdə yayılan məlumatlarda bildirilmişdi ki, guya hadisə onların arasında düşən mübahisə zəminində baş verib. Əslində, hadisə yazıldığı kimi qeydə alınmayıb.

İstintaq zamanı müəyyən olunub ki, təqsirləndirilən şəxs Elvin Hüseynzadə qətli törətməmişdən bir neçə gün əvvəl Bakı şəhərində yaşayan qohumu E.Bədəlov ilə əlaqə saxlayıb və ona guya əlində bank maşınları olduğunu və nəqliyyat vasitələrini ucuz qiymətə (1500 manata) sata bildiyini deyib. E.Bədəlov onunla razılaşıb və Elvinə 30 manat benzin pulu göndərib.

Daha sonra Elvin Hüseynzadə hər gün ona “bu gün-sabah” deyərək guya sənədləşmə işləri gördüyü üçün işlərin yubandığını bildirib. Hadisəni törədən gün səhər saatlarında isə artıq maşının hazır olduğunu, gecə onu Bakıya gətirəcəyini söyləyib. Həmin gün İlham Cavadovun maşınına müştəri qismində əyləşmiş Elvin onu öz həyətlərinə sürdürüb. Daha sonra isə öz həyətində boyun nahiyəsindən 11 bıçaq zərbəsi endirməklə onu qətlə yetirib. Elvin İlham Cavadovu öz həyətində qabaqcadan qazılmış quyuda basdırıb. Səhərə yaxın isə avtomobili Bakıya sürərək səhər saatlarında Qobu qəsəbəsində E.Bədəlova təhvil verib. Həmin an avtomobilin qeydiyyat nişanının axtarışda olduğunu E.Bədəlova bildirib və nişanı açıb özü ilə götürüb, daha sonra Lənkəranda dənizə atıb.

Avtomobili alan şəxs E.Bədəlov isə əvvəllər istifadəsində olan, hazırda istismara yararsız VAZ-21011 markalı avtomobilin dövlət qeydiyyat nişanını Cavadovun avtomobilinə bağlayıb. Cavadovun telefonu isə həmin gün müxtəlif vaxtlarda aktiv olub, gələn zənglərə İlham Cavadovun adı ilə Elvin özü zaman qazanmaq üçün cavab verib. O, zəng edən şəxslərə guya Bakıda olduğunu bildirib. Elə həmin gün mərhumun ailə üzvləri baş vermiş hadisədən şübhələnərək Daxili İşlər Nazirliyinə müraciət ediblər. Bundan sonra qeyd etdiyimiz kimi, 27.07.2021-ci il tarixdə Lənkəran Şəhər Rayon Polis Şöbəsinin operativ əməliyyat-axtarış fəaliyyəti nəticəsində dəhşətli qətlin üstü açılıb. İş üzrə istintaq Lənkəran Rayon Prokurorluğunda müstəntiq İlkin Babazadə tərəfindən tam, hərtərəfli şəkildə aparılıb və məhkəməyə göndərilib”.

Qeyd edək ki, E.Hüseynzadə barəsində Cinayət Məcəlləsinin 120.2.11-ci (Qəsdən adam öldürmə, quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri