18 
May
2022
22:26
135
33
1703
yuxarı
Bakıda qayınatasını öldürən kürəkən tutulub
18 May, 2022
22:26
1703
135
33
Bakıda qayınatasını öldürən kürəkən tutulub
Mayın 17-də saat 22 radələrində Suraxanı rayonu ərazisində 1978-ci il təvəllüdlü Qabil Qənbərovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Suraxanı rayon Prokurorluğundan verilən xəbərə görə, aparılmış araşdırmalarla zərərçəkmişin kürəkəni, 1987-ci il təvəllüdlü Taleh Heydərovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə bıçaqla çoxsaylı xəsarətlər yetirib Qabil Qənbərovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Taleh Heydərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda istintaq davam edir.
Bizimlə əlaqə saxlayın
Şərhləri göstərmək
Digər Kriminal xəbərləri
25 
İyn
2022
13:07
Osloda gecə klubu faciəsində iranlı günahkar bilinir – YENİLƏNİB + FOTO/VİDEO
90
145
2605
24 
İyn
2022
18:00
Beynəlxalq axtarışda olan iki nəfər Rusiyadan Azərbaycana ekstradisiya olundu
129
25
2162