19 
May
2022
14:06
102
12
3088
Virtual karabakh

Akademiyada vəzifə saxtakarlığı: Cinayət işi başlanıb

19 May, 2022
14:06
3088

Akademiyada vəzifə saxtakarlığı: Cinayət işi başlanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Xoreoqrafiya Akademiyasında aşkar edilmiş qanun pozuntuları ilə bağlı araşdırma aparılıb.

APA-nın əldə etdiyi xəbərə görə, bununla bağlı akademiyanın əməkdaşları da ifadə verib.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Bakı Xoreoqrafiya Akademiyasında aşkar edilmiş hüquqpozmalarla əlaqədar fakta görə 01.04.2022-ci il tarixdə Cinayət Məcəlləsinin 313 (Vəzifə saxtakarlığı) və 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.

Qeyd edək ki, aşkarlanan qanun pozuntuları Mədəniyyət Nazirliyinin sorğusu ilə hüquq-mühafizə orqanlarına göndərilib.

Hazırda iş üzrə istintaq davam etdirilir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri