20 
May
2022
12:42
109
79
1771
Virtual karabakh

Azad edilmiş ərazilərdə metal tullantıları toplayan şəxslər ƏLƏ KEÇDİLƏR - FOTO/VİDEO

20 May, 2022
12:42
1771

Azad edilmiş ərazilərdə metal tullantıları toplayan şəxslər ƏLƏ KEÇDİLƏR - FOTO/VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xocavənd Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində işğaldan azad edilmiş və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərdən qanunsuz olaraq metal tullantılar toplayan şəxslər saxlanılıblar. 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Xocavənd RPŞ-nin əməkdaşları rayonun Çıraquz kəndində xidmətdə olan zaman Şamil Nurməmmədov, Ədalət Qasımov və Elşad Bayramovun idarələrindəki “Mercedes-Benz” markalı yük avtomobilini nəzarət qaydasına uyğun saxlayıblar. Araşdırma zamanı həmin şəxslərin işğaldan azad edilmiş ərazilərə keçmək üçün müvafiq icazələrinin olmadığı müəyyən edilib. Həmçinin avtomobilin yük yerinə baxış keçirilən zaman bu ərazilərdən qanunsuz olaraq topladıqları çəkisi 25 tona yaxın olan qara metal tullantıları aşkar edilib. 

Faktla bağlı Xocavənd RPŞ-də adıçəkilən şəxslər barəsində protokollar tərtib edilərək baxılması üçün rayon məhkəməsinə göndərilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri