21 
May
2022
11:26
153
13
2248
Virtual karabakh

Şabranda narkotik bitkilərin kultivasiyası və satışı ilə məşğul olan şəxs həbs edildi - FOTO

21 May, 2022
11:26
2248

Şabranda narkotik bitkilərin kultivasiyası və satışı ilə məşğul olan şəxs həbs edildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Şabran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə rayonun Sincanboyad kəndi ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası və satışı ilə məşğul olmaqda şübhəli bilinən Elvin Nurullayev saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin üzərinə və yaşadığı evə baxış keçirilən zaman onun qanunsuz olaraq aqrotexniki qaydada əkib-yetişdirdiyi xeyli sayda çətənə (kannabis) bitkisi, marixuana və külli miqdarda narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı Şabran RPŞ-də cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə həmin şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri