23 
May
2022
12:27
22
318
6210
Virtual karabakh

Qarabağ qazisinin intihar səbəbi MƏLUM OLDU - YENİLƏNİB + FOTO

23 May, 2022
12:27
6210

Qarabağ qazisinin intihar səbəbi MƏLUM OLDU - YENİLƏNİB + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Biləsuvarda intihar edən Əlisahib Məmmədov Vətən müharibəsi qazisi olub. Onun canına qəsd etməsinin təfərrüatı məlum olub.

Modern.az-ın əldə etdiyi məlumata görə, qazi ailə münaqişəsi zəminində intihar edib.

Belə ki, son günlər Ə.Məmmədovun ailə qurduğu xanımla aralarında problem yaşanıb. Bundan xəbər tutan qayınatası qızını və nəvəsini ondan ayıraraq, öz evinə aparıb.

Biləsuvarda məskunlaşan Ə.Məmmədov ailəsinin Beyləqana aparılmasına etiraz etsə də, qayınatası buna məhəl qoymayıb. Tərəflər arasında narazılıq yaranıb.

Məlum hadisədən bir gün sonra qazi Ə.Məmmədov özünü asaraq intihar edib. Onun rəsmi nikahının olmadığı bildirilir.

09:06

Biləsuvar rayonunda intihar hadisəsi baş verib.

“Report”un yerli bürosu xəbər verir ki, hadisə məcburi köçkünlərin Biləsuvar rayonu ərazisində yerləşən 1 saylı Qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, Cəbrayıldan olan məcburi köçkün Ə.Məmmədov özünü asaraq intihar edib.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri