23 
May
2022
16:48
273
19
5056
Virtual karabakh

Bakıda “Lotu Quli”nin adından istifadə edərək 12 milyonluq mənimsəmə edən şəxsə hökm oxunub

23 May, 2022
16:48
5056

Bakıda “Lotu Quli”nin adından istifadə edərək 12 milyonluq mənimsəmə edən şəxsə hökm oxunub

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda yaxın qohumuna qarşı dələduzluq etməkdə təqsirləndirilən Vüsal Axundova hökm oxunub və o, 14 il müddətinə azadlıqdan məhrum edilib.

“Report” xəbər verir ki, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə elan olunub.

Qeyd edək ki, ittihama əsasən, V.Axundov əmisi oğlu, sahibkar Emin Axundova “Lotu Quli” ləqəbli kriminal avtoritet Nadir Səlifovun adından istifadə edərək hədə-qorxu gəlib, onun 12 milyon manatlıq pul və əmlakını ələ keçirib.

Xatırladaq ki, N.Səlifov 2020-ci ilin avqustun 19-dan 20-ə keçən gecə Türkiyənin Antalya şəhərində yerləşən hotellərin birində başından 4 güllə ilə vurularaq öldürülüb.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri