24 
May
2022
09:40
12
162
2040
Virtual karabakh

Salyanda 52 yaşlı kişi qətlə yetirildi - YENİLƏNİB

24 May, 2022
09:40
2040

Salyanda 52 yaşlı kişi qətlə yetirildi - YENİLƏNİB

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mayın 24-ü saat 1 radələrində Salyan rayonu ərazisində rayon sakini 1970-ci il təvəllüdlü Natiq Əhmədovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Salyan Rayon Prokurorluğundan verilən məlumata görə, aparılmış araşdırmalarla rayon sakini 1991-ci il təvəllüdlü İnsanağa Əsgərovun qeyd edilən tarixdə küçədə yolu piyada keçən Natiq Əhmədova yaxınlaşaraq kəsici-deşici alətlə onun sol döş qəfəsinə daxilə nüfuz edən və qarının ön divarının sol nahiyəsinə daxilə nüfuz etməyən xəsarətlər yetirməsi nəticəsində sonuncunun xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

İnsanağa Əsgərov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

09:06

Salyanda qətl hadisəsi baş verib.

APA-nın məlumatına görə, hadisə Salyan şəhərində baş verib.

Salyan sakini, 1970-ci il təvəllüdlü Əhmədov Natiq Adil oğlu bıçaqla qətlə yetirilib.

Hadisənin təfərrüatı dəqiqləşdirilir.

Faktla bağlı Salyan Rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri