24 
May
2022
15:12
5
229
1742
Virtual karabakh

İki nəfər Cəlilabadda azyaşlıya hədə-qorxu gələrək pullarını aldı

24 May, 2022
15:12
1742

İki nəfər Cəlilabadda azyaşlıya hədə-qorxu gələrək pullarını aldı

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Cəlilabadda iki nəfər azyaşlıya hədə-qorxu gələrək pulunu əlindən alıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Cəlilabad Rayon Polis Şöbəsinə mayın 15-dən 22-dək olan müddətdə Şıxlar kəndində iki nəfərin azyaşlıya hədə-qorxu gələrək 69 000 rubl, 300 ABŞ dolları və 909 manat pul almaları barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən kənd sakinləri E.Abbasov və Ə.Quliyev müəyyən edilərək saxlanılıblar.

Faktla əlaqədar cinayət işi başlanılıb.

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri