24 
May
2022
14:21
298
10
3891
Virtual karabakh

Polislər avtobuslarda cibgirlik edəni ələ keçirdilər - ANBAAN VİDEO + FOTO

24 May, 2022
14:21
3891

Polislər avtobuslarda cibgirlik edəni ələ keçirdilər - ANBAAN VİDEO + FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Şəhər Baş Polis İdarəsi Cinayət-Axtarış İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbiri nəticəsində paytaxt ərazisində cibgirlik cinayətləri edən, əvvəllər məhkum olunmuş Qurban Mehtiyev tutulub.

DİN-dən verilən xəbərə görə, araşdırma zamanı onun müxtəlif avtobuslarda dörd nəfərin pul kisəsini, mobil telefonlarını və digər qiymətli əşyalarını oğurladığı məlum olub. Qurban Mehtiyev ifadəsində törətdiyi cinayətləri etiraf edib.

Faktlarla bağlı araşdırmalar davam etdirilir. Saxlanılan şəxsin digər cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Qurban Mehtiyevin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, ərazi polis orqanlarına, “102” Xidməti-Zəng Mərkəzinə və Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə məlumat verə bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri