25 
May
2022
13:12
11
463
3843
Virtual karabakh

Səkkiz yaşlı qız darvazanın altında qalaraq öldü

25 May, 2022
13:12
3843

Səkkiz yaşlı qız darvazanın altında qalaraq öldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qusarda azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

“Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gün rayonun Samur qəsəbəsində baş verib.

Belə ki, qəsəbə sakini həyətindəki fərdi təsərrüfata traktorla ot gətirərkən preslərdən biri qoşqudan düşərək həyətin girişindəki darvazanı aşırıb. Aşan darvaza orada dayanmış 2014-cü il təvəllüdlü qızın üstünə düşüb.

Traktor hərəkət edərək həyətə daxil olduqdan bir neçə dəqiqə sonra 8 yaşlı uşağın yaxınları onu tapa bilməyib. Az sonra qızın aşan darvazanın altında qalaraq öldüyü məlum olub.

Faktla bağlı araşdırma aparılır.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri