26 
May
2022
11:00
232
11
3533
Virtual karabakh

Dörd yaşlı qızı öldürüb quyuya atmaqda təqsirləndirilən şəxs HAKİM qarşısında

26 May, 2022
11:00
3533

Dörd yaşlı qızı öldürüb quyuya atmaqda təqsirləndirilən şəxs HAKİM qarşısında

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda dörd yaşlı qızı öldürüb quyuya atmaqda şübhəli bilinən Mehman Mansurovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Lent.az-ın məlumatına görə, cinayət işi üzrə toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Novruz Kərimovun icraatına göndərilib.

Qeyd edək ki, bu ilin fevral ayında Bakının Xəzər rayonunda istintaq zamanı quyuya atılaraq üstünə torpaq tökülən, 2018-ci il təvəllüdlü Məryəm Hüseynlinin qətlə yetirildiyi müəyyən edilib. Araşdırmanın yekununda onu öldürməkdə şübhəli bilinən şəxs də saxlanılıb.

O, 1990-cı il təvəllüdlü Mansurov Mehman Malik oğludur. Onun Məryəm Hüseynlinin qonşusu olduğu bildirilir.

Məlumata görə, atası Məryəmi yanvarın 23-də qonşuya təhvil verərək işə gedib. Geri qayıtdıqda isə qonşu uşağın onlarda olmadığını deyib və həmin gündən Məryəm itkin kimi axtarışda olub.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri