29 
May
2022
11:34
327
14
4785
Virtual karabakh

Bakıda quldurluğa görə axtarışda olan şəxs tutuldu: Üzərindən tapança çıxdı - FOTO

29 May, 2022
11:34
4785

Bakıda quldurluğa görə axtarışda olan şəxs tutuldu: Üzərindən tapança çıxdı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Suraxanı rayonunda quldurluq etdiyi üçün Cinayət Məcəlləsinin 181.2.1 (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirli bilinərək axtarışda olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində qeyd edilən cinayəti törətməkdə təqsirli bilinən əvvəllər məhkum olunmuş Rəşad Almazov tutulub.

32-ci Polis Bölməsində onun üzərində şəxsi axtarış aparılan zamanı R.Almazovdan bir ədəd “Makarov” markalı odlu silah, üç ədəd patron və patron darağı aşkar edilib. Təyin edilən ekspertiza zamanı silahın atəşə yararlı olduğu məlum olub.

Faktla bağlı 32-ci Polis Bölməsində toplanan materiallar Suraxanı RPİ-nin İstintaq Şöbəsinə göndərilib. R.Almazovun əməllərindən zərərçəkən başqa şəxslər varsa 32-ci Polis Bölməsinə, ərazi polis orqanlarına və Nazirliyin sosial şəbəkələrdəki hesablarına məlumat verə bilərlər.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri