İyn
2022
13:36
215
18
3578
Virtual karabakh

İki nəfərə qarşı 160 min manatdan çox dələduzluq edən şəxs SAXLANILDI

2 İyn, 2022
13:36
3578

İki nəfərə qarşı 160 min manatdan çox dələduzluq edən şəxs SAXLANILDI

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İmişlidə vətəndaşlara qarşı 160 min manatdan çox dələduzluq edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Bildirilib ki, Sabirabad rayon sakini olan bir qadın İmişli Rayon Polis Şöbəsinə (RPŞ) müraciət edərək özünü iş adamı kimi təqdim edən Azər adlı şəxsin ona qarşı dələduzluq etdiyini, Bakı şəhərində ev verəcəyi vədləri verərək ona məxsus ümumi dəyəri 37 108 manat olan iri və xırdabuynuzlu heyvanlarını, ot bağlamalarını, qızıl-zinət əşyalarının və 4 900 manat pulunu ələ keçirdiyini bildirib.

RPŞ-nin əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində həmin əməli törətməkdə şübhəli bilinən İmişli rayonu Xəlfəli kənd sakini, əvvəllər məhkum olunmuş Azər Qafarov saxlanılaraq polis şöbəsinə gətirilib.

Dindirilmə zamanı o, törətdiyi əməlləri etiraf edib.

Araşdırmalar zamanı məlum olub ki, A.Qafarov qeyd edilən əməlindən başqa İmişli rayon sakini olan bir təsərrüfat sahibinin də etibarından istifadə edərək, aldatma yolu ilə ona məxsus 144 baş iribuynuzlu heyvanlarını ələ keçirib və zərərçəkmişə 120 600 manat maddi ziyan vurub.

Faktlarla bağlı İmişli RPŞ-də cinayət işi açılıb, araşdırmalar aparılır. Saxlanılan şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri