18 
İyn
2022
10:04
146
18
2936
Virtual karabakh

Polis serjantı intiharın qarşısını alıb, özü yaralanıb

18 İyn, 2022
10:04
2936

Polis serjantı intiharın qarşısını alıb, özü yaralanıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakıda polis Nəsimi rayonunda intihara cəhd edən kişini xilas edib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmət məlumat yayıb.

Bildirilib ki, iyunun 17-si saat 21 radələrində Şirvan şəhər sakini, əvvəllər narkotik vasitələrin istifadəsinə və satışına görə məhkum olunmuş 32 yaşlı Elzamin Allahverdiyev paytaxtın Nəsimi rayonu ərazisindəki yaşayış binalarından birinin 5-ci mərtəbəsinə çıxaraq oradan özünü atmağa cəhd göstərib.

Hadisə yerinə gələn Nəsimi Rayon Mühafizə İdarəsinin əməkdaşı, polis serjantı İ.Cavayev aşağı mərtəbədəki pəncərənin şüşəsinin yumruqla qıraraq E.Allahverdiyevin ayağından tutub və digər polis əməkdaşlarının köməyi ilə intihar cəhdinin qarşısını alaraq onun həyatını xilas edib.

Sağ bilək və baş nahiyəsindən kəsik xəsarətləri alan polis əməkdaşı DİN-in hospitalına yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Bizimlə əlaqə saxlayın

Digər Kriminal xəbərləri